
Məktəblərdə “Valideyn konfrans”ları keçirilir
Təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən təşəbbüsləri, məktəb idarəçiliyinə dair qərarları izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarındakı təlim-tərbiyə prosesləri, rəsmi tövsiyələrdən məlumatlı olmaq üçün bizi izləyin.
Samux rayonu və Daşkəsən rayonu üzrə təhsil sektorlarının təşkilatçılığı ilə “Valideyn konfrans”ı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Konfransın əsas məqsədi məktəb və ailə arasında əlaqələrin gücləndirilməsi və uşaqların hərtərəfli inkişafına dəstək olmaqdır.
Konfransda iştirakçılarına praktik tövsiyələr verilib, məktəblərdə psixoloji dəstək sistemlərinin gücləndirilməsi və müvafiq proqramların tətbiqi üçün effektiv yollar təqdim olunub.
Konfransın sonunda iştirakçılar vurğulayıblar ki, məktəblər təkcə tədris məkanı deyil, eyni zamanda sağlam, psixoloji baxımdan dayanıqlı və sosial məsuliyyətli gələcək nəslin formalaşdığı mühümdür.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

