
Laçında şagirdlər üçün idman yarışları keçirilib
Region məktəblərində intellektual oyunlar, müəllim və şagirdlərin dünyagörüşünün, komanda ruhunun inkişaf etdirilməsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizdəki intellektual yarışlar, regional layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
İşğaldan azad olunan Laçın rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş voleybol, basketbol və futzal yarışları keçirilib.
Direktor.az xəbər verir ki, yarışlar Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Yarışların keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzini təbliğ etmək, idmana marağı artırmaq, fiziki hazırlığı gücləndirmək, komanda ruhunu və dostluq münasibətlərini inkişaf etdirmək, eləcə də "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənc nəslin ictimai fəallığını dəstəkləməkdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

