
BDU təhsil tələbə kreditindən yararlanan tələbələrin sayına görə birincidir
Tələbə kreditlərinə müraciət qaydaları, gənclərin könüllülük təcrübəsi, təhsildə sosial dəstək mexanizmlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki gənclər siyasəti, dövlət proqramlarından xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universiteti (BDU) Təhsil Tələbə Krediti Fondu tərəfindən təqdim olunan geriödəmə güzəştlərindən yararlanan tələbələrin sayına görə ali təhsil müəssisələri arasında birinci yerdə qərarlaşıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. BDU-nun 225 tələbəsi təhsil tələbə kreditinin geriödənilməsi üzrə 25% və 50% güzəşt əldə edib. Qeyd edək ki, yüksək akademik göstəricilərə malik tələbələr müəyyən edilmiş şərtlər əsasında təhsil tələbə kreditinin geriödənilməsi zamanı 25% və 50% güzəştdən yararlana bilirlər.
Bu göstərici BDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də dövlətin gənclərə göstərdiyi sosial-maddi dəstək mexanizmlərindən maksimum səmərəli istifadə olunmasının bariz nümunəsidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

