
Məktəbin İnkişaf Planını (MİP) hazırlamaq üçün hansı məlumatlar lazımdır ?
Məktəbşünas
Müəllif
Məktəbin 3 illik inkişaf planını hazırlamaq üçün əvvəlcə məktəbin hazırkı vəziyyəti rəqəmlərlə toplanmalıdır. Məktəbdə şagird sayı neçədir, siniflər üzrə nəticələr necədir, hansı siniflərdə geriləmə daha çox görünür, hansı fənlərdə boşluq yığılır, davamiyyət və gecikmə nə vəziyyətdədir. Bu məlumatlar olmadan plan yazmaq çətinləşir. Məktəb nəyi dəyişmək istədiyini dəqiq görməyəndə hədəfi də düzgün qoya bilmir.
MİP məktəbdə işi 3 il üzrə ardıcıl aparmaq üçün əsas sənəddir. Bu sənəd məktəbin hədəflərini, görüləcək işləri və məsuliyyət bölgüsünü bir yerə yığır. Məktəb hər işi kim görəcək, nə vaxt görəcək, hansı nəticə gözlənilir, bunları aydın şəkildə yazır. MİP olanda məktəbdə iş təsadüfi getmir. Zəif siniflər və zəif bacarıqlar vaxtında seçilir. Dəstək işi hamıya eyni deyil, ehtiyaca uyğun qurulur. Görülən işlərin nəticəsi ay-ay izlənir. Geri qalma olanda vaxtında düzəliş edilir. Bu yanaşma məktəbin ilin sonunda ümumi hesabat yazmasına yox, tədris ili boyunca işi düzgün idarə etməsinə kömək edir.
MİP yazmaq üçün məktəb üzrə bir sıra məlumatlar və cədvəllər əvvəlcədən toplanmalıdır. Akademik nəticələr, illik yekun göstəricilər, yay tapşırığı ilə bağlı rəqəmlər, buraxılış nəticələri, dərs müşahidələrinin arayışları, davamiyyət və gecikmə icmalları, davranış və məktəb mühiti üzrə göstəricilər, risk qrupları üzrə say bölgüsü, psixoloqun ümumi xülasəsi, kadr və dərs yükü sabitliyi, resurs və maddi texniki baza haqqında məlumatlar planın əsasını təşkil edir. Bu məlumatlar bir yerdə olanda məktəb real vəziyyəti düzgün təsvir edir, 3 illik hədəfləri dəqiq qoyur, tədbirləri planlı şəkildə icra edir və nəticəni ardıcıl izləyir.
Məktəbiniz üçün MİP hazırlatmaq istəyirsinizsə (ödənişlidir) 050 672 5911 nömrəsinə yaza bilərsiniz. İndi isə aşağıda məktəbin 3 illik inkişaf planını hazırlamaq üçün tələb olunan məlumatların və cədvəllərin tam siyahısını əlavə edirəm.
MİP üçün tələb olunan rəqəmlər və cədvəllər – tam siyahı
1) Məktəbin pasportu və kontingent
1. Məktəbin ümumi pasportu: tip, tədris dili, növbə, dərs başlama saatı
2. Sinif komplektləri: komplekt siniflər və faktiki komplekt sayı
3. Şagird kontingenti cədvəli: siniflər üzrə şagird sayı (I–XI), qız/oğlan
4. Şagird axını: il ərzində gələn/gedən (ümumi sayla)
5. Qonşu kənd/qəsəbədən gələn şagird sayı (ümumi)
2) Akademik nəticələr – əsas baza
6. BSQ nəticələri cədvəli (V–IX): sinif × fənn, orta bal/faiz, minimumu keçənlərin payı (mümkünsə 2 il müqayisə)
7. KSQ nəticələri cədvəli (varsa): sinif × fənn, orta göstərici və dinamika
8. IV sinif baza nəticələri (varsa): tədris dili/riyaziyyat üzrə bal və ya düzgün cavab faizi
9. VI sinif nəticələri (varsa): tədris dili/riyaziyyat/təbiət üzrə orta göstərici
10. IX buraxılış nəticələri: ümumi bal, fənlər üzrə, iştirakçı sayı (mümkünsə 2 il müqayisə)
11. Buraxılış bal aralıqları bölgüsü: 100–199, 200–300 və s. (mövcud bölgüyə uyğun)
12. İllik yekun cədvəli: siniflər üzrə “2” alanların sayı və faizi
13. Yay tapşırığı cədvəli: siniflər üzrə yay tapşırığı alanların sayı (mümkünsə fənlər üzrə bölgü)
14. Mini-ölçmə/sınaq nəticələri (varsa): aylıq/dövrlük xülasə
15. Əsas fənlər üzrə “zəif bacarıqlar siyahısı” (xüsusilə riyaziyyat və tədris dili): 5–10 əsas bacarıq
3) Davamiyyət və gecikmə
16. Aylıq davamiyyət cədvəli (sentyabr–iyun): siniflər üzrə davamiyyətsizlik faizi və ya orta gəlməyən sayı
17. 1-ci dərs saatına gecikmə cədvəli (aylıq): siniflər üzrə gecikmə sayı/faizi
18. Təkrarlanan davamiyyətsizlik göstəricisi (xroniki): ay üzrə təkrarlanan hallar (ümumi)
4) Davranış, intizam, mühit
19. Davranış pozuntuları cədvəli: aylar üzrə ümumi say + növlər üzrə bölgü
20. Növbətçilik və nəzarət qeydləri xülasəsi: ay üzrə ümumi göstərici
5) Risk qrupları və dəstək ehtiyacı
21. Risk qrupları cədvəli (ad olmadan): davamiyyət/gecikmə, akademik, davranış, sosial, psixoloji, sağlamlıq üzrə say
22. Risk qrupları üzrə izləmə vərəqlərinin dinamikası: daxil oldu/çıxdı (aylıq)
23. Sağlamlıq məhdudiyyəti olan şagirdlərin sayı (ad olmadan)
24. İnklüzivlik və FTP/Fərdi Tədris Planı olanların sayı (varsa, ad olmadan)
6) Dərsin keyfiyyəti və metodiki xətt (MDN bazası)
25. Dərs müşahidəsi planı (aylar üzrə): müşahidə sayı və fokuslar
26. Dərs müşahidəsi cədvəli: ay üzrə müşahidə sayı, əsas metodiki boşluqların xülasəsi
27. Minimum 3–5 dərs müşahidə arayışı: qısa nəticə + icra tapşırığı + təkrar baxış qeydi
28. Metodbirləşmə iclaslarının xülasəsi: iclas sayı, çıxış məhsulu (mikroplan/tapşırıq paketi)
7) Psixoloji xidmət və valideyn işi
29. Psixoloqun rüblük 1 səhifəlik ümumi xülasəsi: müraciət sayı, qrup işi sayı, gərginlik nöqtələri, ehtiyaclar, dinamika
30. Valideynlə iş göstəriciləri: risk halları üzrə əlaqə/görüş sayı, iştirak faizi (ümumi)
8) Sorğular (məktəb mühiti və əlaqə göstəricisi üçün)
31. Valideyn sorğusu nəticə cədvəli: orta ballar, ən aşağı 2 sahə, ən yüksək 1 sahə
32. Şagird sorğusu nəticə cədvəli: orta ballar + bullinq risk payı
9) Kadr və tədris yükü
33. Pedaqoji heyət cədvəli: müəllim sayı, fənn bölgüsü, ixtisas uyğunluğu (ümumi)
34. Dərs bölgüsü və dərs yükü cədvəli: əsas fənlər üzrə sabitlik
35. Əvəzçilik statistikası: aylar üzrə əvəz olunan saatların sayı
36. Müəllimlərin peşəkar inkişaf ehtiyacları: müşahidələrdən çıxan 3 metodiki fokus + ehtiyac siyahısı
37. Yeni müəllim/adaptasiya ehtiyacı (varsa): ümumi say
10) Resurs və maddi-texniki baza
38. Maddi-texniki inventar cədvəli: sinif otaqları, internet, kompüter/noutbuk, printer, proyektor və s.
39. Resurs ehtiyacları prioritet siyahısı: 1 illik + 3 illik
40. İnternet/İKT nasazlıq göstəricisi (varsa): ay üzrə kəsinti/nasazlıq sayı
41. Çap/surətçıxarma göstəricisi: aylıq minimum ehtiyac və fakt (ümumi)
11) Təhlükəsizlik və sağlamlıq mühiti
42. Yanğın təhlükəsizliyi və təxliyə icra xülasəsi (mövcud sənədlər üzrə)
43. Sanitariya-gigiyena icra xülasəsi (mövcud yoxlamalar üzrə)
44. Mühafizə/növbətçilik təşkilinə dair qısa məlumat: növbələr, əhatə
45. Riskli zonalar üzrə qısa siyahı (ümumi)
12) İdarəetmə və hüquqi rəsmiləşdirmə (MİP paketi)
46. MİP işçi qrupunun tərkibi (əmr üçün məlumat)
47. Pedaqoji Şura qərarı və direktor əmri (MİP-in qəbulu və təsdiqi üçün)
48. Aylıq monitorinq və hesabat forması (1 səhifə) – şablon
49. “Risk sinif–risk bacarıq” xəritəsi – şablon
50. İcra status cədvəli: icra olundu/gecikir/yenilənir (aylıq)
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.