
Məktəblilər arasında esse müsabiqəsi elan edilir
Məktəblilərimizin yaradıcı inkişafına yönəlmiş müsabiqələri, təhsil layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son elanlar, şagird nailiyyətlərindən xəbərdar olmaq üçün bizi izləyin.
8 Noyabr – Zəfər Günü münasibətilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər tariximiz, Qayıdış gələcəyimizdir” mövzusunda elektron esse müsabiqəsi keçirilir.
Direktor.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Belə ki, müsabiqənin məqsədi tarixi Qələbəmizin və Böyük Qayıdışın keçmiş məcburi köçkün məktəblilərin düşüncəsində və baxışlarında necə əks olunduğunu işıqlandırmaqdır.
Müsabiqədə ümumi təhsil müəssisələrinin yalnız məcburi köçkün statusuna malik şagirdləri sərbəst şəkildə iştirak edə bilərlər. Azərbaycan dilində hazırlanmalı olan esse mətninə iştirakçının adı, soyadı, ata adı və FİN kodu əlavə edilməlidir.
Materiallar yalnız elektron qaydada Komitənin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmi elektron poçt ünvanına — media@idp.gov.az göndərilməlidir. Elektron məktubun mövzu (Subject) hissəsində mütləq “ESSE” sözü qeyd olunmalıdır.
Esselərin qəbulu 6–16 noyabr 2026-cı il tarixlərini əhatə edir. İştirakçılar yazılarını noyabrın 16-sı saat 23:59-dək təqdim edə bilərlər. Daxil olan yazılar müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək.
Qalib şagirdlər məktəbli ehtiyaclarına uyğun dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. Təltifetmə mərasimi Komitənin inzibati binasında təşkil olunacaq təntənəli tədbirdə keçiriləcək. Əlavə məlumat üçün +994 55 8002880 nömrəsi ilə əlaqə saxlamaq olar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

