
Məktəblilərimiz Rumıniyada qızıl və gümüş medallar qazanıblar
Məktəblilərimizin beynəlxalq olimpiadalardakı uğurları, maarif-təhsil sistemindəki hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son yeniliklər, olimpiada nəticələri və rəsmi xəbərlərdən məlumatlı olmaq üçün bizi izləyin.
Məktəblilərimiz Rumıniyada təşkil olunan “Stars of Informatics” virtual proqramlaşdırma müsabiqəsində 2 qızıl və 2 gümüş medal qazanıblar.
Direktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutundan bildirilib. Oktyabrın 16-19-da keçirilən müsabiqədə 23 ölkədən 120 nəfər iştirak edib.
Qızıl medal:
- Vaqif Abdullayev – Göyçay şəhər 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi
- Tuncay Paşayev – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi
Gümüş medal:
- Mahmud İsalı – Bakı şəhər kimya, biologiya təmayüllü liseyin 10-cu sinif şagirdi
- Həsən Süleymanov – “Gənc istedadlar” liseyinin 8-ci sinif şagirdi
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin