
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri məktəb direktorları ilə görüşüb
Təhsildə keyfiyyət təminatı mexanizmlərini, məktəb idarəçiliyindəki yeni tələblərini izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, rəhbər heyətin fəaliyyət standartlarından xəbərdar olmaq üçün bizi izləyin.
Mil-Muğan Regional Təhsil İdarəsi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, mövcud vəziyyətin təhlili və qarşıda duran hədəflərin müzakirəsi məqsədilə görüşlər keçirit. Növbəti görüş Saatlı rayonunun təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunub.
Direktor.az xəbər verir ki, görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova və rayonun təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüş çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 2026–2027-ci tədris ili üçün təsdiq edilmiş keyfiyyət üzrə fəaliyyət planının icra vəziyyəti ətraflı müzakirə olunub. Təhsil müəssisələrində tədrisin keyfiyyətinə təsir göstərən amillər, mövcud nəticələr və qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün həyata keçirilməli olan tədbirlər diqqət mərkəzində saxlanılıb. Bu istiqamətdə müasir təlim metodlarının tətbiqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, təlim prosesində şagirdyönümlü yanaşmanın gücləndirilməsi əsas prioritetlər kimi qeyd olunub.
Görüşdə 4-cü, 6-cı və 9-cu siniflər üzrə son üç ilin nəticələri də təhlil edilib. Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi zamanı əldə olunan göstəricilər, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və əlavə diqqət tələb edən sahələr nəzərdən keçirilib. Mövcud nəticələrin təhlili əsasında təhsil müəssisələrinin qarşısında duran vəzifələr, təlim prosesində müşahidə olunan çətinliklərin aradan qaldırılması və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili çıxışında tədrisin keyfiyyətinin yüksəldilməsinin sistemli və ardıcıl fəaliyyət tələb etdiyini vurğulayıb. O, təhsil müəssisələrinin rəhbərlərinin bu prosesdə məsuliyyətini, müəllimlərin fəaliyyətinin dəstəklənməsinin və şagird nailiyyətlərinin mütəmadi izlənilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib. Təhsil müəssisələrinin rəhbərləri mövcud vəziyyət, qarşılaşdıqları çətinliklər və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

