
Mingəçevir Dövlət Universitetində “Bir kitab gətir, bir kitab götür” layihəsi həyata keçirilib
Tələbələr arasında mütaliə mədəniyyətinin inkişafına, bilik və təcrübə mübadiləsinə yönələn layihələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindən xəbərdar olmaq üçün bizi izləyin.
Mingəçevir Dövlət Universitetində (MDU) tələbələr arasında mütaliə mədəniyyətinin təşviqi məqsədilə “Bir kitab gətir, bir kitab götür” adlı maarifləndirici layihə həyata keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Layihə universitetin Pedaqoji fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə III kurs tələbələri Jalə Abdullayeva, Aysu Bədəlova, Mürgan Abdullayeva və Aytac Şəmmədovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Layihənin məqsədi gənclərin kitaba marağını artırmaq, mütaliə vərdişlərini inkişaf etdirmək və kitab mübadiləsi vasitəsilə onların fərqli müəlliflərin əsərləri ilə tanış olmasına şərait yaratmaq olub. Təşəbbüs həmçinin tələbələrin asudə vaxtının səmərəli təşkilinə və auditoriyadan kənar öyrənmə imkanlarının genişləndirilməsinə yönəlib.
Layihə çərçivəsində iştirakçılar oxuduqları və maraqlı hesab etdikləri kitabları digər tələbələrlə bölüşüb, mübadilə üçün təqdim olunan nəşrlər arasından maraqlarına uyğun kitablar seçiblər. Kitab mübadiləsi tələbələrin mütaliə təcrübələrini paylaşmasına, oxuduqları əsərlər barədə fikir mübadiləsi aparmasına və bir-birindən öyrənməsinə imkan yaradıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

