
Müəllimlər üçün Adaptasiya Proqramı
Müəllimlər üçün təşkil olunan təlimlər, sinif idarəetməsi metodları və peşəkar inkişaf layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsildəki yenilikləri, metodiki tövsiyələri və aktual hadisələri öyrənmək üçün bildirişləri aktiv edin.
Yeni fəaliyyətə başlayan müəllimlər üçün növbəti vebinar təşkil edilib.
Direktor.az xəbər verir ki, bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından bildirilib. Məktəb mühitinə yenicə qədəm qoyan pedaqoqların peşəkar inkişafına dəstək məqsədilə Adaptasiya Proqramının dördüncü onlayn görüş baş tutub.
“Sinif idarə edilməsi və müsbət öyrənmə mühitinin yaradılması” mövzusuna həsr olunan tədbirdə dərslərin səmərəli təşkili, şagirdlərlə sağlam və qarşılıqlı etimada əsaslanan ünsiyyət mexanizmləri müzakirə olunub. Həmçinin, tədris prosesində dəstəkləyici mühitin qurulması və məktəblilərin dərsə cəlb olunaraq fəallıqlarının artırılması yollarına dair faydalı tövsiyələr səsləndirilib.
Vebinardakı materiallar üçün bu linkdən istifadə edə bilərsiniz.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin