
Bağça müəllimlərinin sertifikatlaşdırılma prosesinin necə aparılacağı açıqlanıb
Uşaq bağçalarında çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması və məktəbəqədər təhsildə tətbiq olunan yeniliklər üçün direktor.az saytına abunə olun. Təhsil sahəsindəki bütün aktual proseslərdən vaxtında xəbərdar olmaq üçün bildirişləri aktiv edin.
Uşaq bağçalarında çalışan pedaqoji heyətin peşəkar biliklərinin yoxlanılması orta məktəblərdə tətbiq edilən sertifikatlaşdırma modeli ilə eyni təşkil ediləcək.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov İTV-nin "Pressinq" proqramında çıxışı zamanı bildirib.
Agentlik rəhbərinin deyib ki. qarşıdakı imtahanlara təxminən 12 min tərbiyəçi-müəllimin cəlb olunması hədəflənir. O, yoxlama mexanizmi və mərhələləri barədə məlumat verib.
"Burada da eyni mexanizmdən istifadə olunur. Əvvəlcə obyektiv qiymətləndirməni təmin edən test imtahanı mərhələsi, daha sonra isə müsahibə mərhələsi keçiriləcək. Sertifikatlaşdırmanın noyabr ayı ərzində keçirilməsi planlaşdırılır. Təbii ki, tərbiyəçilərə əvvəlcədən dəvətlər göndəriləcək və proses barədə bir ay öncədən məlumat veriləcək. Noyabr ayı ərzində sertifikatlaşdırma prosesi başa çatdırılacaq".
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin