
“48 məktəb distant təhsilə keçib” - Eşqi Bağırov
Ucqar kəndlərdə tətbiq olunan distant təhsil modeli və ümumilikdə məktəblədəki rəqəmsal yeniliklərlə bağlı məlumatlar üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki xəbərləri öyrənmək üçün bizi izləməyə davam edin və bildirişləri aktiv edin.
Azərbaycanın ucqar yaşayış məntəqələrində yerləşən 48 ümumtəhsil məktəbində yeni tədris ilindən etibarən dərslər distant formatda təşkil olunur. Layihə ümumilikdə 1200 məktəblinin daha keyfiyyətli tədris mühiti ilə əhatə olunmasına xidmət edir.
Direktor.az xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyanın "Pressinq" verilişində danışıb.
"Ötən tədris ilində bu model 8 məktəbdə tətbiq olundusa, yeni tədris ilindən etibarən onların sayı 48-ə çatdırılıb. Əgər məktəb yaxın ərazidə yerləşirsə, şagirdlər üçün əlçatandırsa və əlavə nəqliyyatdan istifadə etmədən təhsil xidmətini təmin etmək mümkündürsə, bu halda hər hansı daşınma həyata keçirilmir. Əgər şagirdi yaxın ərazidəki alternativ məktəblə təmin edə bilmiriksə, daşınma xidməti təşkil edirik. Biz elə məktəblərdə ki, xüsusilə müəllim təminatı ilə bağlı baza ehtiyaclarını ödəyə bilmirik, rəqəmsal həllər tətbiq edirik. Həmin məktəbləri avadanlıqlarla, o cümlədən kompüter və şəbəkə təminatı ilə təchiz etdikdən və digər zəruri şərtləri ödədikdən sonra şagirdləri nə daşınmaya, nə də başqa məktəbə getməyə ehtiyac olmadan öz təhsil mühitlərində onlayn, yəni distant təhsilə cəlb edirik"
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin