
Müəllimlərin sertifikatlaşdırılma prosesinə dəstək üçün vebinarlar keçirilir
Tərbiyəçi-müəllimlərin peşəkar hazırlığını gücləndirən layihələri və məktəbəqədər təhsil sektorundakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Sertifikatlaşdırma qaydaları, təhsilverənlərin hüquq və vəzifələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması prosesinə hazırlığına dəstək məqsədilə məlumatlandırma və dəstək vebinarları keçirir.
Direktor.az xəbər verir ki, bu barədə AGMA-dan bildirilib. Vebinarların əsas məqsədi təhsilverənləri sertifikatlaşdırma prosesinin təşkili və məzmunu barədə ətraflı məlumatlandırmaq, onların peşəkar və psixoloji hazırlığını gücləndirmək, eləcə də hüquq və vəzifələri ilə bağlı məlumatlılıqlarını artırmaqdır.
Vebinarların təqvimi:
- 4 noyabr | saat 16:00
Qiymətləndirmə çərçivə sənədinin təhlili
- 6 noyabr | saat 16:00
Sertifikatlaşdırma prosesinin təşkili qaydaları
- 10 noyabr | saat 16:00
Tərbiyəçi-müəllimlərin hüquq və vəzifələri
- 11 noyabr | saat 16:00
Psixoloji hazırlıq və stressin idarə olunması
Qeyd edək ki, vebinarlar Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə keçirilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

