
Naxçıvanda şagirdlər arasında şahmat yarışları keçirilir
Gənc istedadların intellektual potensialını üzə çıxaran yarışları, məktəblilərin qələbələrini izləmək üçün direktor.az-a abunə olun. Regional turnir nəticələri və təhsil gündəmindəki ən aktual yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunan beynəlxalq reytinqli şahmatın rapid növü üzrə turnirinin açılış mərasimi keçirilib. Turnir Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Direktor.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib. Açılış mərasimində nazirliyin Sektor müdiri Hüseyn Qəhrəmanov, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Azad Rəcəbov çıxış edərək bildiriblər ki, Zəfər Gününə həsr olunmuş bu turnir həm Vətən müharibəsində qazanılan tarixi Qələbənin rəmzi, həm də gənclərin intellektual inkişafına dəstək məqsədi daşıyır.
Qeyd olunub ki, turnir istedadlı şagirdlərin üzə çıxarılmasına və onların potensialının inkişafına xidmət edəcək. Yarışın baş hakimi Ufan Sevdimalıyev iştirakçılara yarışın qaydaları barədə məlumat verdikdən sonra turnirə start verilib.
Qeyd edək ki, turnirdə 93 şahmatçı iştirak edir: onların 72-si reytinqli, 21-i reytinqsiz, 18-i qadın, 75-i kişi iştirakçıdır. Yaş qrupları üzrə 6–16 yaş arasında 67 şahmatçı, həmçinin 5 veteran şahmatçı mübarizə aparır. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olacaq və 5 noyabra kimi davam edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

