
Ötən ay 6 800-dən çox müraciət daxil olub - Təhsildə Keyfiyyət Təminatı Agentliyi
Təhsildə keyfiyyət standartlarını, diplomların tanınması və akkreditasiya prosesləri ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılmasını izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, keyfiyyət təminatı mexanizmlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2026-cı ilin 1–30 sentyabr tarixləri aralığında vətəndaşlar tərəfindən daxil olan müraciətlərin statistikasını açıqlayıb.
Direktor.az xəbər verir ki, hesabat dövründə quruma ümumilikdə 6 820 müraciət ünvanlanıb. Müraciətlərin bölgüsü aşağıdakı kimidir:
Çağrı mərkəzi: 3 640 müraciət
Elektron müraciətlər: 2 873 müraciət
Yazılı müraciətlər: 169 müraciət
Sosial şəbəkələr üzərindən: 110 müraciət
Vətəndaş qəbulu: 28 müraciət
Məlumat üçün bildirək ki, daxil olan müraciətlər arasında ən böyük payı telefon vasitəsilə çağrı mərkəzinə edilən zənglər və onlayn platformalar üzərindən göndərilən elektron sorğular təşkil edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin