
OYU-da yeni fakültə dekanı seçilib
Ali təhsil ocaqlarında akademik idarəetmə və fakültələrin inkişaf dinamikasını izləmək üçün direktor.az-a abunə olun. Ali məktəb idarəçiliyi, universitetlərdə kadr islahatlarından xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetində İngilis dilində tədrisin təşkili fakültəsinin genişləndirilmiş iclası keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. İclasın gündəliyində duran əsas məsələ fakültə dekanı vəzifəsinə seçkilərin keçirilməsi olub. Tədbirdə fakültənin akademik heyəti, tədris-köməkçi heyət və universitet rəhbərliyinin nümayəndələri iştirak ediblər. Görüşdə dekan vəzifəsinə namizədlərin çıxışları dinlənilib. Namizədlər ingilis dilində tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, tələbə-müəllim mübadilə proqramlarının inkişafı və fakültənin strateji hədəfləri ilə bağlı öz fəaliyyət proqramlarını şura üzvlərinin diqqətinə çatdırıblar. Əsasnaməyə uyğun olaraq keçirilən gizli səsvermənin nəticələrinə əsasən, PhD Aydın Əliyev Odlar Yurdu Universitetinin İngilis dilində tədrisin təşkili fakültəsinin dekanı vəzifəsinə seçilib.
Odlar Yurdu Universitetinin rəhbərliyi və kollektivi PhD Aydın Əliyevi yeni məsuliyyətli vəzifəyə seçilməsi münasibətilə təbrik edir, ona gələcək elmi-pedaqoji və təşkilati fəaliyyətində uğurlar arzulayır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin