
Təhsil İnstitutu vakansiya elan edir
Məktəblərdə metodik dəstək mexanizmlərini, müəllimlərin peşəkar inkişaf proqramlarını və təhsil idarəçiliyindəki yeni kadr imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji metodologiyaların təkmilləşdirilməsi, təhsil sahəsində karyera perspektivlərindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi vakansiya elan edilib.
Direktor.az xəbər verir ki, yədrisin keyfiyyətinin yüksəldilməsi və qabaqcıl metodologiyaların məktəblərdə tətbiqini təşviq etmək üçün ingilis dili və riyaziyyat fənləri üzrə aparıcı metodistlərin cəlb olunması nəzərdə tutulur.
Metodistin başlıca fəaliyyət istiqamətlərinə müvafiq fənn müəllimlərinə metodik köməklik göstərmək, onların peşəkar bacarıqlarını inkişaf etdirəcək təlim və seminarlar qurmaq daxildir. Eyni zamanda mütəxəssis dərslərin müşahidəsini apararaq müəllimlərlə effektiv əks-əlaqə yaratmalı, əlverişli təlim mühitinin təşkilinə və müasir İKT alətlərinin tədrisə inteqrasiyasına dəstək verməlidir.
Namizədlərə dair tələblər:
- Ali pedaqoji təhsil (riyaziyyat və ya ingilis dili müəllimliyi üzrə);
- Pedaqoji fəaliyyət üzrə ən azı 7 illik iş təcrübəsi;
- Sertifikasiya imtahanından minimum 51 və ya daha yuxarı bal;
- Zəngin rəqəmsal səriştə və İKT alətlərindən sərbəst istifadə bacarığı;
- İngilis dili metodistləri üçün yüksək səviyyəli dil bilikləri;
- Qabaqcıl beynəlxalq sertifikatlar (ingilis dili fənni üçün CELTA, DELTA, TESOL, TKT və s.) üstünlük kimi dəyərləndiriləcək.
Bundan əlavə, namizədin yüksək təqdimat və ünsiyyət qurmaq bacarığına, liderlik və komanda ilə birgə işləmək vərdişlərinə malik olması, eləcə də təşəbbüskarlığı əsas tələblərdəndir.
Müəyyən olunmuş tələblərə uyğun gələn şəxslər tərcümeyi-hallarını (CV) və sertifikasiya nəticələrini təsdiq edən məlumatları 20 oktyabr 2026-cı il tarixinədək metodikxidmetinteshkili@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin