
Paytaxtda 7 məktəbdə dərslər onlayn keçiriləcək
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar distant tədrisə keçən məktəblər, tətbiq edilən qrafik barədə məlumatlar üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən yeniliklərdən, nazirliyin elanlarından xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 7 məktəbdə tədris distant olacaq.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar 22–26 sentyabr 2026-cı il tarixlərində aşağıdakı məktəblərdə tədris distant formada təşkil ediləcək:
🔹 6 nömrəli məktəb-lisey
🔹 7, 8 və 23 nömrəli tam orta məktəblər
🔹 160 nömrəli Klassik Gimnaziya
🔹 132-134 nömrəli lisey
🔹 İlyas Əfəndiyev adına Elitar Gimnaziya
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin