
Pedaqoji Universitet məktəblərlə tərəfdaşlıq edəcək
Ali təhsil müəssisələri ilə məktəblər arasında qurulan elmi və tədris tərəfdaşlığı, müəllim hazırlığında müasir yanaşmalar barədə məlumatlar üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi siyasəti, müəllim heyətinin gücləndirilməsi istiqamətindəki strateji tədbirlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Pedaqoji Universitet məktəblərlə tədqiqat tərəfdaşlığı quracaq.
Məktəblə əməkdaşlıq gələcək müəllim hazırlığının əsas xəttinə çevrilir.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Mentor institutunun yaradılması, baza məktəblərinin sayının artırılması, əmək bazarı nümayəndələrinin proqramların hazırlanmasına cəlb edilməsi və pedaqoji təcrübənin bütün hazırlıq dövrünə yayılması bu yanaşmanın başlıca istiqamətləridir. Məktəb artıq yalnız təcrübə yeri deyil, universitetin tədqiqat tərəfdaşı kimi nəzərdən keçirilir. Universitet tədqiqatı məktəbin gündəlik ehtiyaclarına yaxınlaşdırmağı qarşıya məqsəd qoyur. Oxu savadlılığı, STEAM, inklüziv sinif, formativ qiymətləndirmə, müəllim rifahı, regionlarda pedaqoji kadrların saxlanılması və süni intellekt dövründə akademik dürüstlük əsas tədqiqat istiqamətləri kimi müəyyənləşdirilir. Bu yanaşma elmi biliklərin məktəb mühitinə uyğunlaşdırılmasını və tədqiqatçı ilə müəllim arasında bilik vasitəçiliyinin qurulmasını önə çəkən OECD yanaşması ilə səsləşir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin