
AzTU tələbələri üçün Almaniyada təqaüdlü təhsil imkanı
Tələbələrin qlobal akademik layihələrdə iştirakı, xarici dil hazırlığını və beynəlxalq təhsil imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, tələbələrin xaricdə təhsil perspektivlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Texniki Universitetində
“Almaniyada təqaüdlü təhsil fürsətləri” mövzusunda məlumatlandırma sessiyası keçirilib.
Direktor.az xəbər verir ki, sessiya Alman Akademik Mübadilə Xidmətinin (DAAD) AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl tərəfindən təşkil olunub. O, DAAD-nin fəaliyyəti, DAAD-nin Almaniyada təhsil, təqaüdlü yay kursları və magistratura səviyyəsi üzrə təqaüd proqramları haqqında tələbələrə ətraflı məlumat verib.
Sessiyada həmçinin Almaniyada keçirilən Yay Məktəbində iştirak edən AzTU tələbələri öz təəssüratlarını bölüşüb. Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin