
Prokurorluq orqanlarında işləmək istəyənlər üçün imtahan keçirilib - DİM
Dövlət qulluğu imtahanlarını, mühüm kadr müsabiqələrini və qiymətləndirmə proseslərindəki bütün yenilikləri izləmək üçün direktor.az-a abunə olun. İmtahan və idarəçilik siyasəti, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
9 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İmtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilib.
İmtahan elektron qaydada kompüterlər vasitəsilə aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahanda iştirak etmiş 325 namizəddən 137 nəfər müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin