
Qarabağ Universiteti vakansiya elan edir
Ali təhsil müəssisələrimizin vakansiyalarını, akademik inkişaf imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərdəki karyera şansları, rəsmi təyinatlardan xəbərdar olmaq üçün bizi izləyin.
Qarabağ Universiteti Riyaziyyat və kompüter elmləri fakültəsi üçün proqram rəhbəri vakansiyası elan edir.
Direktor.az muallim.edu.az-a istinadla xəbər verir ki, tam ştat fəaliyyət göstərəcək namizədlər üçün əsas məlumatlar və tələblər aşağıdakı kimidir:
Əsas öhdəliklər: Təhsil proqramlarının və tədris planlarının əmək bazarının tələblərinə və yerli/beynəlxalq standartlara uyğun idarə edilməsi, tədris prosesinin və akademik heyətin koordinasiyası, akkreditasiya proseslərinin idarə olunması.
Namizədə dair tələblər: Müvafiq sahə üzrə doktorluq dərəcəsi və minimum 3 il elmi-pedaqoji təcrübə, kurikulum hazırlama və təhsil keyfiyyətinin təminatı üzrə biliklər, Azərbaycan dilində mükəmməl, ingilis dilində isə ən azı B2 səviyyəsində yazı və ünsiyyət bacarığı.
Təklif olunan üstünlüklər: Rəqabətqabiliyyətli əməkhaqqı, Xankəndi şəhərində mənzil təminatı, elmi-tədqiqat yönümlü beynəlxalq akademik mühit və peşəkar inkişaf imkanları.
Maraqlanan şəxslər CV-lərini 30 Noyabr 2026-cı il tarixinədək mövzu hissəsinə “Proqram rəhbəri – Riyaziyyat və kompüter elmləri fakültəsi” yazaraq hr@qu.edu.az ünvanına göndərə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
