
Müəllimlərin rəqəmsal bilik və bacarıqları artırılmalıdır - Deputat
Müəllimlərin peşəkar hazırlığı, məktəblərdə rəqəmsal transformasiya təşəbbüslərini izləmək üçün direktor.az platformasına abunə olun. Təhsil idarəçiliyinə dair ekspert təhlilləri, sahə üzrə yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Rəqəmsal texnologiyalar müəllimlərə dərsləri daha interaktiv və maraqlı qurmaq, vaxta qənaət etmək və şagirdlərlə fərdi işləmək imkanı yaradır. Bu alətlərdən istifadə bacarıqlarının zəif olması isə tədris prosesində əlavə çətinliklərə səbəb olur.
Direktor.az xəbər verir ki, mövzu ilə bağlı deputat Ceyhun Məmmədov Modern.az-a danışıb. O bildirib ki, müəllimlərin rəqəmsal bilik və bacarıqları davamlı artırılmalıdır.
“İndi rəqəmsal texnologiyalar dövrüdür. Müasir dərs prosesini bu texnologiyaların tətbiqi olmadan təsəvvür etmək çətindir. Pandemiya dövründə də müəllimlərin rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının zəif olması bir sıra çətinliklər yaratdı. Buna görə müəllimlər bu sahədə biliklərini artırmalı, müvafiq təlimlərdə iştirak etməlidirlər”, – deputat deyib.
C.Məmmədov əvvəllər fəaliyyət göstərən Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun təcrübəsinə də diqqət çəkib:
“Həmin institut müəllimlərin bilik və bacarıqlarının artırılmasına töhfə verirdi. Hesab edirəm ki, müəllimlərin peşəkar inkişafını və təcrübələrinin artırılmasını təmin edən belə bir instituta və ya mərkəzə ehtiyac var. Bu barədə ciddi düşünməliyik”.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

