
Naxçıvanda XI sinif şagirdləri üçün monitorinq keçirilib
Şagird nailiyyətlərinin mütəmadi qiymətləndirilməsini, təhsil keyfiyyətinin artırılması üçün keçirilən monitorinqləri izləmək üçün direktor.az-a abunə olun. İmtahan nəticələri, düzgün cavablar və təhsil sistemimizdəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 1- də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq monitorinqlər keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib. Monitorinqdə 4 minə yaxın şagird iştirak edib. Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.
Buraxılış qiymətləndirmə monitorinqində istifadə olunan test tapşırıqlarının düzgün cavabları https://l24.im/qX4zreP
linkində yerləşdirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

