
Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektor müdiri valideynlərlə görüşüb
Təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən təşəbbüsləri, valideyn-məktəb münasibətlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki aktual görüşlər, rəsmi tövsiyələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Valideyn konfransları” çərçivəsində Biləsuvar şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbirlərə start verilib.
Direktor.az xəbər verir ki, tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati-təşkilati sektorunun müdiri Tofiq Əsgərov, Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri Müşfiq Dadaşov, müəssisə rəhbərləri, müəllimlər, tərbiyəçi-müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.
“Sağlam həyat tərzi” mövzusunda keçirilən konfransda uşaqların sağlamlığının qorunması, düzgün qidalanma, fiziki aktivlik, şəxsi gigiyena qaydalarına əməl olunması və sağlam həyat vərdişlərinin formalaşdırılmasında ailənin rolu barədə valideynlərə ətraflı məlumat verilib. Bildirilib ki, uşaqlarda erkən yaşlardan sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması, onların gündəlik rejiminə, qidalanmasına və fiziki fəallığına diqqət yetirilməsi valideynlərin əsas məsuliyyətlərindəndir. Bu istiqamətdə ailə və təhsil müəssisəsi arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tədbir zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, valideynlərin sualları cavablandırılıb və müvafiq tövsiyələr verilib. Sonda valideynlər arasında yazılı sorğu keçirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
