
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə şagirdlər arasında rəsm müsabiqəsi keçirilib
Məktəblilərin istedadını üzə çıxaran layihələri və ölkəmizin maarif-idman sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki fəxri nailiyyətlər, istedadlı şagirdlərin uğurlarından xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Rəsmin ulduzları 3” rəsm müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Bakı şəhərində OCEP-ə daxil olan ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan müsabiqəyə 100-dən çox rəsm əsəri təqdim edilib. Dakar 2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına həsr olunan müsabiqə 8-12 və 13-17 yaş kateqoriyaları üzrə keçirilib. Hər iki yaş kateqoriyasında I, II və III yerlərin qalibləri müəyyənləşdirilib. Mərasim zamanı qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

