
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 300-dən çox tələbəsi əmək yarmarkasında iştirak edib
Peşə təhsili müəssisələrində tələbə və məzunların işlə təmin olunmasını, və ölkəmizin təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Əmək bazarındakı yeni vakansiyalar, regional təhsil təşəbbüslərindən xəbərdar olmaq üçün bizi izləyin.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Direktor.az xəbər verir ki, yarmarkada rayon üzrə fəaliyyət göstərən 16 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya təqdim olunub. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 200-dən artıq sonuncu kurs tələbəsi, 100-dən çox məzunu, eləcə də digər işsiz və işaxtaran vətəndaşlar iştirak ediblər. İştirakçılara mövcud iş imkanları, vakansiyaların tələbləri, əməkhaqqı və iş şəraiti barədə ətraflı məlumat verilib.
İşə qəbulda maraqlı olan şəxslər işəgötürən nümayəndələri ilə birbaşa ünsiyyət quraraq müraciətlərini təqdim ediblər. Əmək yarmarkası tələbə və məzunların əmək bazarı ilə daha yaxından tanış olması, işəgötürənlərlə əlaqələrinin qurulması və məşğulluq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

