
Qarabağ Universitetində əcnəbi professorlar tədrisə başlayıb
Universitetlərdə beynəlxalq standartlara uyğun tədris mühitinin qurulması, xarici professorların fəaliyyəti və əcnəbi tələbələrin cəlbi ilə bağlı yenilikləri öyrənmək üçün direktor.az-a abunə olun. Ölkəmizin ali təhsil məkanındakı mühüm islahatları, akademik nailiyyətləri və rəsmi açıqlamaları izləmək üçün bildirişləri aktiv edin.
Direktor.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, Qarabağ Universitetində tədrisin qlobal standartlara uyğunlaşdırılması və beynəlxalq mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Ali təhsil ocağının rektoru Şahin Bayramovun sözlərinə görə, əsas prioritetlərdən biri xaricdən təcrübəli pedaqoji heyətin və əcnəbi gənclərin təhsil müəssisəsinə cəlb olunmasıdır.
Rektor qeyd edib ki, 2026-2027-ci tədris ilində Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Universitet rəhbəri əcnəbi tələbələrin seçim prosesində də keyfiyyət meyarlarının ön planda tutulacağını diqqətə çatdıraraq vurğulayıb:
“Qarabağ Universiteti yüksək akademik göstəricilərə malik tələbələrin cəmləşdiyi universitetdir. Eyni yanaşmanı əcnəbi tələbələrin cəlbində də nəzərdə tuturuq. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb”.
Ş.Bayramov bildirib ki, gələcək dövrdə xarici müəllim və tələbə kontingentinin genişləndirilməsi həm də ali məktəbin qlobal təhsil məkanında nüfuzunun artırılmasına və beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin