
Qarabağ və Şərqi Zəngəzur məktəblərində hər gün idmanla başlayır
Qarabağ və Şərqi Zəngəzur məktəblərində şagirdlərin sağlamlığı, keçirilən tədbirlər barədə məlumatlar üçün direktor.az-a abunə olun. Təhsil sistemindəki aktual xəbərlər üçün bildirişləri aktiv edin.
Qarabağ və Şərqi Zəngəzur məktəblərində şagirdlərin sağlamlığı və fiziki hazırlığı diqqət mərkəzində saxlanılır.
Direktor.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən bildirilib. İşğaldan azad edilmiş torpaqlarda fəaliyyətini bərpa edən ümumi təhsil ocaqlarında məktəblilərin sağlam həyat tərzinə cəlb olunması və fiziki aktivliyinin yüksəldilməsi istiqamətində sistemli işlər görülür. Bu təşəbbüslər Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşdirilir.
Yeni dərs mövsümündən etibarən məktəblərdə hər gün ənənəvi səhər gimnastikası təşkil edilir, habelə futbol, əyləncəli estafetlər və digər idman sahələri üzrə maraqlı yarışlar keçirilir. Həyata keçirilən təşəbbüslərin əsas məqsədi uşaqlarda fiziki hərəkətliliyi artırmaq, sağlam yaşam vərdişləri aşılamaq, eləcə də onlarda komanda ilə işləmək bacarığı və çevikliyi formalaşdırmaqdır.
Əvvəlki dövrlərdəki təcrübəyə əsaslanaraq, cari tədris ili boyunca da şagirdlərin fiziki göstəricilərinin gücləndirilməsi və nəzərdə tutulan normativləri uğurla yerinə yetirmələri naminə bu cür idman tədbirlərinin müntəzəm davam etdirilməsi planlaşdırılır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin