
Qazax-Tovuz RTİ-nin məktəblərində müəllimlər üçün intellektual yarış keçirilib
Müəllimlərin intellektual potensialını, təhsil işçiləri arasında keçirilən bilik yarışlarını və regional təhsil müəssisələrində təşkil olunan təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, məktəb icmalarının fəaliyyəti ilə bağlı layihələrdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Ağstafada müəllimlər arasında “Zəka memarı” intellektual yarışı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib. İntellektual yarış İcra Hakimiyyəti, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Beynəlxalq Müəllimlər Gününə həsr olunub.
Ağstafa rayonu Habil Əzizov adına Vurğun qəsəbə tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Üç mərhələdən ibarət yarışın yekun nəticələrinə əsasən I yerə “Şuşa” komandası – Ağstafa rayonu Köçəsgər kəndi Hümmət Əlizadə adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, II yerə “Tağlar” komandası – Ağstafa rayonu Rafiq Alıcanov adına Köçvəlili kənd tam orta ümumtəhsil məktəbi, III yerə isə “Dəmir Yumruq” komandası – Ağstafa rayonu Alı Mustafayev adına Həsənsu kənd tam orta ümumtəhsil məktəbi layiq görülüb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin