
Dağlıq-Şirvan RTİ-nin şagirdlərinin poçt kartları kosmosa göndərilib
Şagirdlərin elmi və kosmik texnologiyalara marağını artıran layihələri, regional təhsil müəssisələrinin təşəbbüslərini və məktəblilərin qazandığı uğurları izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, regional maarif müəssisələrinin nailiyyətləri və məktəb həyatında baş verən xəbərlərdən daima ilk siz xəbərlər üçün bizi izləməyə davam edin.
Dağlıq Şirvan regionunda fəaliyyət göstərən məktəblər ötən tədris ilində Kosmik Akademiya ilə birgə təşkil olunmuş Məktəblilərarası Milli Kosmik Poçt Kart Müsabiqəsində
fəal iştirak ediblər.
Direktor.az xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib. Layihəyə region üzrə ümumilikdə 110 təhsil müəssisəsi cəlb olunub. İştirakçı məktəblərin rayonlar üzrə bölgüsü aşağıdakı kimidir:
Ağsu rayonu: 33 məktəb
İsmayıllı rayonu: 33 məktəb
Şamaxı rayonu: 33 məktəb
Qobustan rayonu: 11 məktəb
Müsabiqə çərçivəsində məktəblərdən seçilərək təqdim olunan qalib poçt kartları Kosmik Akademiyaya göndərilib və yekun seçim nəticəsində qalib işlər “Blue Origin” raket missiyası çərçivəsində kosmosa yollanıb. Kosmik səyahətdən geri qayıdan poçt kartlarının üzərinə “Kosmosa uçmuşdur” xüsusi möhürü vurularaq müəlliflərinə təqdim edilməsi nəzərdə tutulub.
Təşəbbüsdə iştirak edən 110 məktəbliyə isə Kosmik Akademiya adından rəsmi sertifikatlar təqdim edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin