
“Kadrların seçilməsi” mövzusunda təlim keçirilib - DİM
Dövlət qurumlarında kadr potensialının gücləndirilməsini, işə qəbulda tətbiq olunan müasir müsahibə metodologiyalarını izləmək üçün direktor.az-a abunə olun. Dövlət idarəçiliyi, kadr siyasəti və dövlət qulluğu sistemində həyata keçirilən rəsmi xəbərlər üçün bizi izləməyə davam edin.
Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “Kadrların seçilməsi” mövzusunda təlim keçirib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı Dövlət İmtahan Mərkəzinin şöbə məsləhətçisi Miranə Rüstəmli vakansiyalara uyğun namizədlərin qiymətləndirilməsi, seçim prosesinin 12 mərhələsi və hər mərhələdəki risklər, müsahibə sualı arasındakı əlaqə və obyektiv seçim kriteriyalarının tətbiqi barədə məlumat verib.
Təlim interaktiv formatda davam etdirilib. İştirakçılar real iş mühitinə uyğun hazırlanan praktik tapşırıqları yerinə yetirib, qrup oyunları vasitəsilə komanda daxilində qərarvermə bacarıqlarını nümayiş etdiriblər.
Aktiv müzakirə şəraitində keçən təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin