
Müəllimlər üçün təlim keçiriləcək - AGMA
Müəllimlərin peşəkar inteqrasiyasını, dərslərdə rəqəmsal texnologiyalar və süni intellekt alətlərinin düzgün tətbiqini, eləcə də mentorluq dəstəyini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, müəllimlərin metodiki inkişafından xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası fəaliyyətə yeni başlayan müəllimlərin peşəkar mühitə inteqrasiyasını dəstəkləmək məqsədilə növbəti maarifləndirici tədbirini keçirəcək. Adaptasiya Proqramı çərçivəsində reallaşacaq növbəti görüş “Praktik müəllimlik laboratoriyası və mentorluq” mövzusuna həsr olunub.
Görüşün əsas məqsədi yeni işə qəbul olan müəllimlərin pedaqoji bacarıqlarını artırmaq, müasir dərslərdə süni intellekt və rəqəmsal texnologiyalardan düzgün istifadəni təşviq etmək, eləcə də onların peşəkar inkişafına metodiki dəstək göstərməkdir.
Onlayn formatda baş tutacaq tədbirin spiker və ekspert heyəti:
Səltənət Qurbanova (Moderator) – AGMA sədrinin müavini, ARTİ-nin aparıcı metodisti, Gəncə şəhəri İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
Pərvinə Qədimova – Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, ARTİ-nin baş metodisti
Səbinə Balayeva – ARTİ nəzdində Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin (MDPİM) Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri
Vebinar 1 oktyabr saat 16:00-da AGMA-nın rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq. Marqlanan pedaqoqlar canlı yayıma qoşularaq müzakirələrdən faydalana bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin