
Qazi Universitetinin professoru SDU tələbələri üçün dərs keçib
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin qlobal əməkdaşlığı və strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 27-də Sumqayıt Dövlət Universitetinin (SDU) Sənayenin iqtisadiyyatı və idarəetmə fakültəsinin təşkilatçılığı ilə Türkiyənin Qazi Universitetinin professoru Salih Şahinin iştirakı ilə tələbələr üçün onlayn müştərək dərs keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə SDU-dan bildirilib. “Layihənin həyat dövrü: maliyyələşmə, monitorinq və səmərəliliyin qiymətləndirilməsi” mövzusuna həsr olunan dərsdə layihələrin hazırlanması və idarə edilməsi, maliyyələşmə mənbələri, icraya nəzarət mexanizmləri və nəticələrin qiymətləndirilməsi məsələləri müzakirə olunub.
Biznesin idarə edilməsi kafedrasının dosenti Z.E. Hacıyeva və baş müəllim S.R. Məmmədovanın təşəbbüsü ilə təşkil olunan müştərək dərsdə professor Salih Şahin beynəlxalq təcrübəsini tələbələrlə bölüşüb, mövzuya dair praktik nümunələr təqdim edib və sualları cavablandırıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

