
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün imtahan keçiriləcək - DİM
Test imtahanı, buraxılış vərəqələri və namizədlər üçün zəruri qaydalarla bağlı rəsmi elanlar üçün direktor.az-a abunə olun. İmtahan prosesi, keçid balı tələbləri və təhsil sahəsi üzrə yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi tərəfindən 22 noyabr 2026-cı il tarixində qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
İmtahana qeydiyyat 2026-cı il oktyabrın 6-dan noyabrın 8-dək aparılıb və bu müddət ərzində 248 namizəd müraciət edib. İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 3 imtahan rəhbəri, 17 nəzarətçi, 4 buraxılışı rejimi əməkdaşı (mühafizə) ayrılıb.
İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 1 saatdır.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı"- https://exidmet.dim.gov.az/elimt/Home/Login xidməti vasitəsi ilə əldə edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
Namizədlər imtahana gələrkən kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” ilə iştirakçılar buradan- https://dim.gov.az/CkImage/Yaddas_qiymetlendirme_28062026%20elektron_1782285997.pdf tanış ola bilərlər.
Ünvan: Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

