
"Şagird-məzun" sisteminin əlaqələndiriciləri üçün seminar keçirilib
İmtahan proseslərindəki rəqəmsal yenilikləri, elektron attestasiya qaydalarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarında tətbiq edilən yeni standartlar, rəsmi elanlardan məlumatlı olmaq üçün bizi izləyin.
2 və 5 noyabr Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələri, özəl təhsil müəssisələri və peşə mərkəzlərinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün seminarlar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Seminarlarda DİM-in Dövlət informasiya resursları departamentinin Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunun əməkdaşları Hidayət Cavadlı və Aysel Məmmədova Mərkəzin 2026/2027-ci tədris ili üzrə təsdiqlənmiş təqvim planını təqdim edərək “Şagird-məzun” sisteminin yeni funksional imkanları və istifadə qaydaları ilə iştirakçıları əyani olaraq tanış ediblər.
Seminarlarda şagirdlər barədə məlumatların, o cümlədən buraxılış sinfi şagirdlərinin yekun attestasiyası aparıldıqdan sonra elektron attestat rekvizitlərinin sistemə vaxtında daxil edilməsinin zəruriliyi əlaqələndiricilərin diqqətinə çatdırılıb. Tədbirin sonunda Mərkəzin əməkdaşları tərəfindən iştirakçıların sözügedən məsələlərlə bağlı sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

