
SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlar fəaliyyətlərini başa vurublar
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun.Universitetlərin qlobal əməkdaşlığı və strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, professor Nurəli Yusifbəyli universitetdə elmi staj müddətini başa vuran Qazaxıstanın L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin doktorantları Tolegen Baxçanulı Mukuşev və Aliyə Ramazanovna Mukuşeva ilə görüşüb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşdə rektor doktorantların elmi staj müddətindəki fəaliyyəti, əldə etdikləri nəticələr, elmi mühitə inteqrasiyası və təəssüratları ilə maraqlanıb, onların fikir və təkliflərini dinləyib. Doktorantlar staj müddətində yaradılmış akademik şəraitə, elmi məsləhətləşmələrə və tədqiqatlarının inkişafı istiqamətində göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.
Nurəli Yusifbəyli onların SDU-da qazandıqları elmi və akademik təcrübənin gələcək tədqiqatları üçün əhəmiyyətini vurğulayıb, əldə olunan nəticələrin elmi fəaliyyətlərində faydalı olacağına inamını ifadə edib. Rektor, həmçinin beynəlxalq akademik əlaqələrin davamlı inkişafının, universitetlər arasında təcrübə və bilik mübadiləsinin genişləndirilməsinin vacibliyini qeyd edərək, SDU-nun L.N. Qumilyov adına Avrasiya Milli Universiteti ilə əməkdaşlığın daha da dərinləşdirilməsində, birgə elmi tədqiqatların və akademik təşəbbüslərin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Qeyd edək ki, 19 oktyabr 2026-cı il tarixindən SDU-da elmi staj keçən doktorantlar universitetin “Mühasibat və iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Aygün Əliyevanın elmi rəhbərliyi ilə fəaliyyət göstəriblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

