
Xarici diplomların tanınması üçün üç dildə təqdim olunan sənədlərin tərcüməsinə ehtiyac yoxdur
Xarici kvalifikasiyaların nostrifikasiya qaydaları, ölkələr üzrə müraciət göstəricilərini izləmək üçün direktor.az-a abunə olun. Diplomların tanınması prosesindəki rəsmi meyarlar, beynəlxalq təhsil standartlarından xəbərdar olmaq üçün bizi izləyin.
Məlum olduğu kimi, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra – Qaydalar) əsasında həyata keçirilir.
Direktor.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib. Qaydaların 2.5-ci bəndinə əsasən, türk, rus və ingilis dillərində təqdim edilmiş xarici dövlətlərin ali təhsilə aid
kvalifikasiyalarının və onlara əlavələrin Azərbaycan dilinə tərcüməsi, eləcə də notariat qaydasında təsdiq edilməsi tələb olunmur.
Bununla belə, müraciətlərin ekspertizası zamanı bəzi vətəndaşların qeyd olunan dillərdə tərtib edilmiş sənədləri də Azərbaycan dilinə tərcümə etdirərək notariat qaydasında təsdiq olunmuş formada təqdim etdikləri müşahidə olunur. Vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısının alınması, eləcə də tanınma prosedurunun daha operativ şəkildə həyata keçirilməsi məqsədilə bildiririk ki, türk, rus və ingilis dillərində tərtib edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və onlara əlavələrin Azərbaycan dilinə tərcümə edilməsinə, habelə həmin tərcümələrin notariat qaydasında təsdiq olunmasına ehtiyac yoxdur. Vətəndaşlar həmin sənədləri birbaşa, tərcümə etdirmədən təqdim edə bilərlər.
Bildiririk ki, bu tələb yalnız qeyd olunan üç dildə tərtib edilmiş sənədlərə şamil olunur. Digər dillərdə olan sənədlərin Azərbaycan dilinə tərcüməsi və tərcümənin notariat qaydasında təsdiq olunması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

