
Süni intellekt elmi təhlükə altına qoyur?
25 görkəmli alimin süni intellektin elmdə nəzarətsiz genişlənməsinə dair birgə bəyanatı və qlobal elmi çağırışlar haqqında ən son məlumatlar üçün direktor.az-a abunə olun. Qlobal elmi bəyanatlardan, texnoloji yeniliklərdən və beynəlxalq akademik gündəmdən vaxtında məlumat almaq üçün bildirişləri aktiv edin.
Riyaziyyat sahəsində ən ali təltif sayılan Filds medalı laureatı olan 25 görkəmli alim müasir elmdə süni intellekt texnologiyalarının nəzarətsiz genişlənməsinə dair birgə bəyanat yayıb.
Direktor.az xəbər verir ki, "Math and AI" platformasında dərc olunan açıq məktubda süni intellektin tətbiqinin doğura biləcəyi mənfi tendensiyalar diqqətə çatdırılıb.
Bəyanatda vurğulanır ki, texnologiya nəhənglərinin alqoritmlərin effektivliyini sübut etmək üçün sırf riyazi tapşırıqları həll etdirmək yarışı elm sahəsinə və akademik cəmiyyətə mənfi təsir göstərir. Tədqiqatçıların fikrincə, kommersiya şirkətlərinin güddüyü məqsədlərlə həqiqi fundamental elmin maraqları bir-biri ilə tamamilə ziddiyyət təşkil edir. Alimlər bu tendensiyanı təkcə riyaziyyatın deyil, digər elmi sahələrin, yaradıcı peşələrin və bütövlükdə bəşəriyyətin üzləşdiyi qlobal böhranın tərkib hissəsi kimi dəyərləndirirlər.
Müraciətdə qeyd olunur ki, neyroşəbəkələrin çətin riyazi tənliklərin öhdəsindən sürətlə gəlməsi cəmiyyətdə böyük rezonans doğursa da, riyaziyyatın başlıca fəlsəfəsi yalnız quru nəticə əldə etmək deyil, dərin məntiqi konsepsiyaları anlamaq və dərk etməkdir. Məsələlərin avtomatlaşdırılmış və sürətli həlli yeni elmi metodologiyaların yaranmasına fürsət vermir, eyni zamanda müəlliflik hüququnun pozulması və plagiat risklərini artırır.
Riyaziyyatçılar süni intellektin elmi axtarışları sürətləndirmək gücünü inkar etmirlər, lakin bildirirlər ki, bu texnologiyanın gələcək taleyi və elmi inkişafa verəcəyi təsir insanların alqoritmlərdən hansı etik prinsiplər daxilində istifadə edəcəyindən asılı olacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin