
Formula 1 günlərində Ali məktəblərdə dərslər necə tədris olunacaq?
Formula 1 Azərbaycan Qran-Prisi günlərində ali təhsil müəssisələrində dərslərin formatı, tədris cədvəlləri və rəsmi qərarlar haqqında xəbərlər üçün direktor.az-a abunə olun. Tələbə və müəllimlər üçün vacib elanları, operativ xəbərləri və təhsil gündəmindəki son inkişafları qaçırmamaq üçün bildirişləri aktiv edin.
Paytaxtda təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində ali təhsil ocaqlarında tədrisin distant formata keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Direktor.az Modern.az-a istinadla xəbər verir ki, universitetlərin əksəriyyəti dərslərin mövcud qaydada — əyani şəkildə davam edəcəyini bəyan edib.
• Bakı Dövlət Universiteti (BDU): Tədris prosesi adi qaydada və ənənəvi formatda təşkil olunacaq.
• Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU): Auditoriya dərsləri əyani davam edəcək, distant təhsil rejiminə keçid nəzərdə tutulmur.
• Azərbaycan Texniki Universiteti (AzTU): Tədris planında hər hansı format dəyişikliyi olmayacaq, dərslər ənənəvi qaydada aparılacaq.
• ADA Universiteti: Formula 1 yarışları ilə əlaqədar tədris rejimində heç bir yenilik və ya məhdudiyyət planlaşdırılmır.
• Xəzər Universiteti: Təhsil kompleksi şəhər mərkəzindəki qapalı hərəkət zolaqlarından kənarda yerləşdiyindən dərslər adi cədvəl üzrə keçiriləcək.
• Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU): Əvvəlki yarışlarda olduğu kimi dərslər əyani davam edəcək. Qərarda hansısa yenilik baş verərsə, ictimaiyyətə əlavə açıqlama təqdim ediləcək.
• Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC): Tədrisin distant formata keçirilməsi ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Beləliklə, şəhərdə nəqliyyat məhdudiyyətlərinin yaranmasına baxmayaraq, paytaxtın əksər ali təhsil ocaqlarında tədrisin auditoriyalarda ənənəvi qaydada davam etdirilməsi nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin