
ADPU-da tələbələr üçün görüş saatları və qrafik açıqlanıb
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni tədris ili üzrə tələbələrin universitetə gəlmə qrafiki və təşkil olunacaq görüş saatları haqqında məlumat üçün direktor.az-a abunə olun. Yeni qəbul olan tələbələr üçün zəruri elanları, dərs cədvəllərini və ali məktəb həyatındakı vacib yenilikləri vaxtında izləmək üçün bildirişləri aktiv edin.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026/2027-ci tədris ilində ali məktəbə yeni qəbul olunmuş tələbələrin universitetə gəlmə qrafikini və görüş saatlarını elan edib.
Müəyyən edilmiş cədvələ əsasən, təhsil pillələri və ixtisaslar üzrə ilk günün qrafiki aşağıdakı qaydada təşkil olunacaq:
Bakalavriat səviyyəsi: Bütün I tədris ili tələbələri 15 sentyabr saat 08:30-da təhsil alacaqları ixtisasların yerləşdiyi tədris binalarında olmalıdırlar.
Magistratura (əsas ixtisaslar): Digər bütün magistratura ixtisaslaşmaları üzrə yeni qəbul edilən tələbələr üçün görüş 15 sentyabr saat 16:10-da II tədris korpusunun Böyük akt zalında baş tutacaq.
Magistratura (idarəetmə və menecment proqramları): Təhsil menecmenti, MBA (Ümumi idarəetmə), MBA (Marketinq), eləcə də Təlim və tədrisin təşkili ixtisaslaşmalarının magistrantları 15 sentyabrda deyil, 16 sentyabr saat 17:40-da II tədris binasının Böyük akt zalına toplaşacaqlar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin