
Təhsil İnstitutunda doktorantura imtahanları yekunlaşıb
Doktorantura layihələri çərçivəsində təşkil olunan imtahanlar və doktorant adını qazanan iddiaçılar haqqında məlumatlar üçün direktor.az-a abunə olun. İmtahan proseslərini, elmi müsabiqələri və təhsil sahəsindəki ən vacib inkişafları vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
ARTİ-də doktoranturaya qəbul imtahanlarının ixtisas fənni mərhələsi yekunlaşıb
Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) fəlsəfə doktoru proqramı üzrə təşkil olunan qəbul sınaqlarının ixtisas fənni mərhələsi uğurla başa çatıb.
İmtahanlar "Sabah" doktorantura layihəsi çərçivəsində, doktorantura pilləsinin sonuncu seçim mərhələsi kimi iki ixtisas istiqaməti üzrə keçirilib. Qeyd olunan mərhələdə bilik və bacarıqlarını sınayan 16 iddiaçı arasından 10 nəfəri yüksək nəticə göstərərək doktorant adını qazanmağa müvəffəq olub.
Seçim prosesində namizədlərin ixtisasları üzrə nəzəri hazırlıq səviyyəsi, elmi-metodoloji bazası, analitik təhlil və tənqidi düşüncə qabiliyyətləri, eləcə də fərdi elmi araşdırmalar aparmaq potensialı ətraflı qiymətləndirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin