
Təhsil müəssisələrində Zəfər Gününə həsr olunan tədbirlər keçirilib
Təhsilalanların vətənpərvərlik ruhunda inkişafını, məktəblərimizdəki tədbirləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son qərarlar və rəsmi yeniliklərdən məlumatlı olmaq üçün bizi izləyin.
8 Noyabr – Zəfər Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikanın təhsil müəssisələrində ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda açıq dərslər, dəyirmi masalar, sərgilər, şagirdlərin əl işlərindən ibarət təqdimatlar və digər maarifləndirici tədbirlər təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib. Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın birlik və həmrəyliyindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbədən bəhs olunub.
Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, musiqi nömrələri və səhnəciklər təqdim edərək Zəfər sevincini öz çıxışlarında ifadə ediblər. Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini aşılamaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək, milli-mənəvi dəyərlərə, dövlət rəmzlərinə və qəhrəmanlıq tariximizə hörmət hissini daha da artırmaq olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

