
Təhsil tələbə kreditindən ən çox hansı universitetlər yararlanıb?
2026/2027-ci tədris ilində tələbə kreditindən ən çox yararlanan universitetlərin göstəriciləri və statistik sıralaması barədə məlumat üçün direktor.az-a abunə olun. Ali təhsil sektoru, tələbə qəbulu və təhsildə sosial dəstək təşəbbüsləri ilə bağlı xəbərlərdən agah olmaq üçün bizi izləməyə davam edin.
2026/2027-ci tədris ilində yeni qəbul olunmuş tələbələr arasında təhsil tələbə kreditindən ən çox yararlanan 10 təhsil müəssisəsinin göstəriciləri açıqlanıb.
Direktor.az AZƏRTACA istinadla xəbər verir ki, təqdim olunan məlumatlar avqustun 3-dən sentyabrın 24-dək olan dövrü əhatə edir. Göstərilən dövrdə TTK-dən ən çox yararlanan yeni qəbul olunmuş tələbələrin sayı Azərbaycan Dövlət İqtisad Universitetində 452, Bakı Slavyan Universitetində 290, Bakı Dövlət Universitetində 289, Azərbaycan İdman Akademiyasında 277, Bakı Avrasiya Universitetində 275 nəfər təşkil edib.
Azərbaycan Texniki Universitetində 220, Azərbaycan Dövlət Pedaqoji Universitetində 218, Azərbaycan Dillər Universitetində 204, Azərbaycan Universitetində 204, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə 196 yeni qəbul olunmuş tələbə təhsil tələbə kreditindən yararlanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin