
Elm və Təhsil nazirinin müavini süni intellekt barədə danışıb
Təhsildə innovativ texnologiyaların tətbiqi, rəqəmsal islahatları izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil sahəsindəki qlobal trendlərdən, strateji inkişaf planlarından xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Süni intellekt texnologiyalarının tətbiqi Azərbaycanın təhsil sisteminin transformasiyasını əhəmiyyətli dərəcədə sürətləndirəcək.
Direktor.az "Report"-a istinadla xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
"Süni intellektin gəlişi ilə insanlar ikinci plana keçməyəcəklər. Yeni dövrdə öz gələcəyini, həyatını və karyerasını qurmaq üçün AI-dan istifadə etməyi bacaran tələbələr və vətəndaşlar uğur qazanacaqlar. Bu gün bizim üzləşdiyimiz əsas çağırış əmək bazarı üçün sadəcə kadr hazırlayan sistemlə bağlıdır. Burada zəruri olan məsələ müstəqil iş yerlərinin yaradıla biləcəyi sistemə keçiddir", - H.Həsənli qeyd edib.
Nazir müavini vurğulayıb ki, proqramlaşdırma, maliyyə planlaşdırması və idarəetmə xərclərinin azalması bu prosesi xeyli daha əlçatan edir.
Onun sözlərinə görə, nazirliyin əsas vəzifəsi təhsilin ən erkən mərhələlərindən başlayaraq gənclərdə "soft skills"in (sadə bacarıqlar) , kreativ təfəkkürün və sahibkarlıq ruhunun inkişaf etdirilməsidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin