
Tibb Universitetinin rektoru Qazaxıstanda Beynəlxalq Təhsil Forumunda iştirak edib
Ali təhsil müəssisələrində keyfiyyət standartlarını, qlobal akkreditasiya proseslərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, universitetlərin beynəlxalq əməkdaşlığından xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin rektoru, Gəray Gəraybəyli Qazaxıstanın Astana şəhərində Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin 15 illik yubileyi çərçivəsində keçirilən Beynəlxalq Təhsil Keyfiyyətinin Təminatı Forumunda iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. “Süni intellekt və rəqəmsal texnologiyalar dövründə keyfiyyətin yüksəldilməsi: təhsilin yeni üfüqləri” mövzusunda təşkil olunan foruma müxtəlif ölkələrdən ali təhsil müəssisələrinin rəhbərləri, ekspertlər, təhsil və elm ictimaiyyətinin nümayəndələri, eləcə də keyfiyyət təminatı üzrə mütəxəssislər qatılıblar. Tədbirdə ali təhsildə keyfiyyət təminatının yeni yanaşmaları, tibb təhsili, elm və praktikanın inteqrasiyası, süni intellektin təhsilə təsiri, beynəlxalq akkreditasiya və post-akkreditasiya monitorinqi məsələləri müzakirə olunub.
Professor Gəray Gəraybəyli forumun panel müzakirəsində çıxış edərək klinika və təhsilin üçlü inteqrasiya modelinə, süni intellekt və keyfiyyət standartlarına, transmilli akkreditasiya və monitorinqin roluna toxunub. ATU rektoru tədris proqramlarının real klinik praktika ilə uzlaşdırılmasının, süni intellekt və rəqəmsal diaqnostika alətlərinin tibb təhsilinə inteqrasiyasının vacibliyini vurğulayıb. O, IAAR ilə əməkdaşlıq çərçivəsində post-akkreditasiya monitorinqinin ali təhsil müəssisələrində inkişaf tələb edən istiqamətlərin vaxtında müəyyənləşdirilməsinə və təkmilləşdirilməsinə imkan verdiyini bildirib.
Professor Gəray Gəraybəyli ali təhsildə keyfiyyət təminatı sahəsində məhsuldar əməkdaşlıq və birgə fəaliyyətə görə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) Baş direktoru Alina Zhumagulova tərəfindən beynəlxalq sertifikatla təltif olunub.
ATU rektoru Gəray Gəraybəylinin forumdakı çıxışı Qazaxıstanın rəsmi dövlət mətbuatında da ("Kazpravda" qəzeti) yer alıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin