
Universitet və kolleclərə elektron qeydiyyat müddəti açıqlanıb
Universitet və kolleclərə qəbul olan tələbələrin "myGov" üzərindən elektron qeydiyyat tarixləri və son müraciət qaydaları haqqında mühüm məlumatlardan xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Tələbə qəbulu, II tur nəticələri və rəsmi elanları qaçırmamaq üçün bildirişləri aktiv edin.
Universitet və kolleclərə qəbul olan tələbələrin elektron qeydiyyat müddəti və qaydaları açıqlanıb
Ali təhsil müəssisələrinin vakant qalan yerlərinə (II tur) və 11 illik baza üzrə kolleclərə qəbul hüququ qazanan abituriyentlərin qeydiyyat prosesi aktiv şəkildə davam edir. Tələbə adını qazanan şəxslər qeydiyyatlarını "myGov" portalı vasitəsilə həyata keçirməlidirlər.
Bu mərhələ üzrə qeydiyyat üçün son tarix 17 sentyabr saat 23:59 olaraq müəyyən edilib. Göstərilən vaxtadək müraciətini rəsmiləşdirməyən abituriyentlər qəbul olunduqları təhsil ocağından imtina etmiş sayılacaqlar.
Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin "myGov" platforması üzərindən təqdim etdiyi xidmət vasitəsilə 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olanların da sənədləşmə prosesi start götürür. Bu qrup üzrə qeydiyyat 15 sentyabr saat 15:00-da başlayacaq və 22 sentyabr saat 18:00-dək "my.gov.az" elektron ünvanında davam edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin