
Yeni fəaliyyətə başlayan müəllimlər üçün vebinar keçiriləcək
AGMA-nın yeni fəaliyyətə başlayan müəllimlər üçün təşkil etdiyi “Sinif idarəetməsi və müsbət öyrənmə mühitinin yaradılması” mövzusunda onlayn görüş və metodiki dəstək proqramı haqqında ən son yeniliklərdən anında xəbərdar olun! Pedaqoji heyətin peşəkar inkişafına yönələn layihələri, vebinarları və təhsil sahəsindəki mühüm elanları qaçırmamaq üçün direktor.az-a abunə olun. Müasir tədris metodlarını, canlı yayımları və təhsil gündəmindəki vacib müzakirələri addım-addım izləmək üçün bildirişləri aktiv edin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə yeni fəaliyyətə başlayan müəllimlərə dəstək məqsədilə həyata keçirilən Adaptasiya Proqramı çərçivəsində “Sinif idarəetməsi və müsbət öyrənmə mühitinin yaradılması” mövzusunda növbəti onlayn görüş keçiriləcək. Pedaqoji fəaliyyətə yeni başlayan müəllimlərin müasir dərs planlaşdırılması, effektiv tədris metodlarının tətbiqi və iş mühitinə daha sürətli uyğunlaşmalarına metodiki dəstək məqsədi daşıyan tədbir 14 sentyabr tarixində, saat 16:00-da AGMA-nın rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq. AGMA sədrinin müavini, ARTİ-nin aparıcı metodisti və Gəncə şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səltənət Qurbanovanın moderatorluğu ilə baş tutacaq vebinarda AGMA sədri, ARTİ-nin baş metodisti Pərvinə Qədimova və Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən Müəllimlərin Peşəkar İnkişafı Mərkəzinin (MDPİM) Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva spiker qismində iştirak edəcəklər. Maraqlanan bütün pedaqoqlar və təhsil işçiləri müzakirələrə canlı olaraq qoşula bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin