
Uşaq evlərindən məktəbə ilk addım
Sosial Xidmətlər Agentliyinin tabeliyindəki uşaq evlərindən birinci sinfə qədəm qoyan şagirdlər, uşaqların təhsil hüquqlarının təmin olunması istiqamətindəki mühüm xəbərlər üçün direktor.az-a abunə olun. Məktəblərdəki yeni tədris ili abu-havasını, həssas kateqoriyadan olan şagirdlərin uğurlarını və təhsil gündəmindəki vacib yenilikləri qaçırmamaq üçün bildirişləri aktiv edin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən bu gün 39 uşaq birinci sinfə gedib.
Bu barədə Sosial Xidmətlər Agentliyi məlumat paylaşıb.
"Onlar geyindikləri məktəbli formasının, ilk müəllimlərinin və yeni dostları ilə tanışlığın həyəcanını yaşayırlar. Bu gün balacalar üçün təkcə dərs ilinin ilk günü deyil, yeni arzuların və ümidlərin başlanğıcıdır.
Uşaqların təhsilə cəlb olunması, onların sosial həyata inteqrasiyası və hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılması sosial xidmətlərin əsas istiqamətlərindəndir. Sosial Xidmətlər Agentliyi müəssisələrdə yaşayan uşaqların təhsil hüquqlarının təmin olunması, onların məktəbə hazırlığı və təhsil prosesinə uyğunlaşması istiqamətində mütəmadi tədbirlər həyata keçirir", - Agentliyin məlumatında qeyd edilib.
Hazırda Agentliyin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin