
Xaricdə təhsil alan məzunların nəzərinə: Universitet arayışı diplomu əvəz etmir
Xaricdə təhsil alan məzunların diplomlarının tanınması proseduru, qanunvericilik tələbləri və təhsil sahəsindəki xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindəki hüquqi məsələlərdən, qəbul edilən qərarlardan və aktual xəbərlərdən agah olmaq üçün bizi izləməyə davam edin.
Xarici ali təhsil müəssisələrindən alınan universitet arayışı diplomu əvəz etmir. Məzun olan şəxslərin diplom tanınması (nostrifikasiya) prosesi ilə bağlı xəbərdarlıq edilib.
Direktor.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyətin Təminatı Agentliyindən bildirilib. Xarici universitetlərin təqdim etdiyi arayışlar əsasında təhsil kvalifikasiyalarının tanınması hüquqi cəhətdən mümkün deyil.
Qurumun açıqlamasında vurğulanır ki, Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə qüvvəyə minmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar çərçivəsi" bu məsələni birmənalı şəkildə tənzimləyir. Sənədin 2.1.11-ci bəndinə müvafiq olaraq, hər hansı təhsil pilləsini bitirməyi və müvafiq ixtisasa yiyələnməyi təsdiqləyən yeganə rəsmi sənəd bilavasitə diplom hesab olunur.
Məhz mövcud qanunvericiliyin bu tələbi əsas gətirilərək bildirilir ki, xarici kvalifikasiyaların tanınması xidmətinə müraciət zamanı diplom əvəzinə təqdim edilən müvəqqəti arayışlar etibarsız sayılır və onların tanınması icra olunmur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin