
100 mindən çox uşaq məktəbəhazırlığa cəlb olunur
Məktəbəhazırlıq qruplarına qəbul prosesi, ümumi təhsildə kadr islahatları və direktorların işə qəbul mexanizmləri ilə bağlı ən son yenilikləri direktor.az saytınd izləyin. Təhsil xəbərlərini əldə etmək üçün bizi izləməyə davam edin və bildirişləri aktivləşdirin.
Məktəblərdə 100 mindən çox beşyaşlı uşağın məktəbəhazırlıq təhsilinə cəlb edilməsi nəzərdə tutulur. Bu göstərici ölkə üzrə həmin yaş qrupunda olan uşaqların böyük əksəriyyətini təşkil edir.
Direktor.az xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyanın "Pressinq" proqramında çıxışı zamanı danışıb. Agentlik rəhbəri qeyd edib ki, nəzərdə tutulan kontingent ümumi sayın 93 faizini əhatə edir:
"Bu prosesin qəbulu aparılır. Həmçinin ucqar kənd məktəblərində də məktəbəqədər təhsil ön plandadır. Bu il həmin uşaqlar üçün 34 minə yaxın yer ayrılıb".
E.Bağırov növbəti dövrdə təhsilin əhatə dairəsinin genişləndirilməsi, kadr potensialının gücləndirilməsi və pedaqoqların fəaliyyətinin təşviq edilməsinin diqqət mərkəzində saxlanılacağını vurğulayıb:
"Ümumi təhsilə gəldikdə isə burada əsas istiqamətlərdən biri məzmun və təhsil proqramlarının dəyişdirilməsi, eyni zamanda müəllimlərin peşəkarlığının artırılması, seçimi və sertifikatlaşdırılması olacaq. İnsan resursları istiqamətində əsas fəaliyyətlərimizdən biri də məhz bu məsələlərdir. Növbəti məsələ isə ümumi təhsil müəssisələrində direktorların və digər idarəçilərin formalaşdırılması, onların işə qəbul mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Bu da ümumi təhsilin qarşısında duran əsas hədəflərimizdən biri olacaq”.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin